Menyu

FIFA Prezidenti Klublararası Dünya Çempionatı hazırlıqları çərçivəsində ABŞ turunu davam etdirir

Əziz Əzizli
FIFA Prezidenti Klublararası Dünya Çempionatı hazırlıqları çərçivəsində ABŞ turunu davam etdirir

FIFA prezidenti Canni İnfantino Klublararası Dünya Çempionatına ev sahibliyi edəcək 11 şəhəri əhatə edən turunu davam etdirir.

Operativ Media xəbər verir ki, son olaraq Ohayo və Şarlottadakı TQL və "Bank of America" stadionlarını ziyarət edən İnfantino növbəti dayanacaq olaraq Atlantaya üz tutub.

FIFA prezidenti həm Amerika futbolu oyunlarına da ev sahibliyi edən, 71 min tamaşaçı tutumuna malik "Mercedes-Benz" stadionunda baxış keçirib.

Canni İnfantino üç qrup oyunu, iki 1/8 final qarşılaşması və bir dörddəbir final matçına ev sahibliyi edəcək stadionu “möhtəşəm” adlandırıb.

İnfantino, “Bu məkan, bu stadion sözün əsl mənasında inanılmazdır. Özəl... Bənzərsiz... Bu məkanda bu yay Klublararası Dünya Çempionatının, gələn yay isə FIFA Dünya Çempionatının oyunlarına minlərlə azarkeş şahidlik edəcək. Qonaqpərvər atlantalılar üçün bu, unudulmaz bir təcrübə olacaq” deyə qeyd edib.

FIFA prezidenti stadion ziyarətindən sonra atlantalı uşaqların iştirak etdiyi mini-futbol tədbirinə qatılıb. İnfantino burada uşaqlara Klublararası Dünya Çempionatını da təqdim edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər