Salahın Səudiyyə Ərəbistanından gələn təklifi niyə rədd etdiyi məlum olub
Əziz Əzizli
"Liverpul"un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanından ümumilikdə 500 milyon funt-sterlinq dəyərində sərfəli təklif alıb.
Operativ Media xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Bununla belə, futbolçu hələ də Premyer Liqada və Çempionlar Liqasında titullar qazanmaq üçün "Liverpul" ilə müqaviləsini uzatmaq qərarına gəlib.
Salah həftədə təxminən 400 min funt sterlinq maaşla komandanın ən çox qazanan oyunçusu olaraq qalacaq. Eyni zamanda o, İngiltərə klubu ilə yeni 2 illik müqavilənin müddəti bitdikdən sonra Səudiyyə Ərəbistanı klubuna keçəcəyini də istisna etmir.
Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 32 qol vurub və 23 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net