Menyu

Tramp: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir

Əsəd Abbaslı
Tramp: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.

"“Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlarda tez hərəkət etməlidirlər, çünki onlar artıq onu əldə etməyə yaxındırlar, və onlar buna sahib olmayacaqlar. Və əgər sərt bir addım atmaq məcbur olsaq, bunu edəcəyik", - deyə D.Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. "Əlbəttə", - deyə ABŞ prezidenti cavab verdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər