Menyu

Ukraynaya 23 milyard avro yardım ayırılıb

Əsəd Abbaslı
Ukraynaya 23 milyard avro yardım ayırılıb

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2025-ci il üçün Ukraynaya 23 milyard avro məbləğində hərbi yardım ayırıblar.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Avropa ölkələri artıq Ukraynaya 23 milyard avro yardım ayırıb. Ötən il bu məbləğ 20 milyard avro təşkil edirdi, lakin ABŞ-nin dəstəyi ilə birlikdə bu rəqəm 40 milyard avroya çatmışdı”, – Kallas qeyd edib.

O, Avropa ölkələrini Kiyevə hərbi dəstəyi daha da artırmağa çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər