Yunanıstan Super Liqasının qalibi bəlli oldu
Əziz Əzizli
Yunanıstan Super Liqasının 2024-2025 mövsümünün qalibi "Olimpiakos" olub.
Operativ Media xəbər verir ki, Mendilibarın yetirmələri son pley-off matçının 55-ci dəqiqədə El Kaabinin vurduğu qolla AEK-i 1:0 hesabı ilə məğlub edərək 66 xalla çempion olub.
"Olimpiakos" sonuncu dəfə 2021-2022 mövsümündə çempion olub. "Qırmızı-ağlar" 3 mövsümdən sonra eyni hissi yaşayıb. "Olimpiakos" 48-ci dəfə liqanın çempionu olub.
"Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar ötən mövsüm UEFA Konfrans Liqası çempionu olub və bu mövsüm də liqa kubokunu qaldırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net