Azərbaycan millisi İnkişaf Turnirində ilk oyununu keçirəcək
Əziz Əzizli
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net