ABL: Pley-in mərhələsinin daha 3 oyunu keçiriləcək
Əziz Əzizli
Basketbol üzrə Azərbaycan Liqasının pley-in mərhələsi bu gün davam edəcək.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma keçiriləcək. Əvvəlcə dünəndən təxirə salınmış “Abşeron” və NTD, daha sonra isə eyni vaxtda “Sumqayıt” – “Sərhədçi”, eləcə də “Ordu” və “Quba” komandalarının oyunları başlayacaq.
Azərbaycan Basketbol Liqası
11 aprel
16:00 "Abşeron" – NTD
Xırdalan, Abşeron OSK.
19:00 "Sumqayıt" - "Sərhədçi"
Sumqayıt, USC.
19:00 "Ordu" – "Quba"
Xırdalan, Abşeron OSK.
Bundan əvvəl bir oyun baş tutub : Gəncə – Lənkəran - 96:92.
Komandalar arasında ikinci görüşlər aprelin 13-14-də baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net