Fransada 28 minə yaxın şirkət ABŞ-nin yeni tariflərinin nəticələri ilə üzləşəcək
Fransada 28 minə yaxın şirkət ABŞ-nin yeni gömrük rüsumlarının nəticələri ilə üzləşəcək.
Operativ Media xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima məlumat verib
" ABŞ-nin yeni gömrük rüsumu nəticəsi Fransada 28 minə yaxın şirkətə təsir göstərəcək. İndi biz bu tədbirlərin Fransa iqtisadiyyatı və şirkətləri üçün təfərrüatlı nəticələrini aydınlaşdırmalıyıq", - deyə o bildirib.
Bildirilib ki, Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi ilə "Həyati vacib iqtisadi sektorlarımızın qorunmasını təmin etmək üçün" mayın 13-də Xarici Ticarət Şurasının strateji iclası keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net