Menyu

ABŞ-da qasırğa və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb

ABŞ-da qasırğa və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb

ABŞ-ın mərkəzində qasırğa və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

ABŞ Milli Meteoroloji Xidməti  bildirib ki, bu ştatlara təsir edən qasırğalar səbəbindən Alabama, Missisipi, Kentukki və Tennessi kimi ştatların bir çox yerlərində daşqınların "ağır səviyyələrə" çatacağı gözlənilir.

Yerli hakimiyyət orqanları ölkənin orta qərbində və cənubunda yerləşən həmin ştatlarda tornado və daşqın xəbərdarlığı edilib və daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Kentukki ştatında yıxılan ağaclar, sel suları və qaya sürüşmələri səbəbindən yüzlərlə yolun istifadəyə yararsız olduğu bildirilir. Həmin ştatın şimalındakı bir şəhərdə 2000 nəfərin təxliyə edilməsi əmri verildiyi bildirilir.

Digər tərəfdən, FlightAware.com saytından verilən məlumata görə, ABŞ-a və ABŞ-dan gələn 521 reys ləğv edilib, 6400-dən çox reys gecikib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər