Kelloq: Ukrayna və Rusiya atəşkəs astanasındadır
Əsəd Abbaslı
Ukraynada müharibənin atəşkəslə bitməsi üçün Kiyev və Moskvanın qarşılıqlı razılıq əldə etməsi lazımdır.
Operativ Media xəbər verir ki, bunu "Fox News"a müsahibəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Onun sözlərinə görə, Donald Tramp münaqişədə hər iki tərəfin hərəkətlərindən məyusdur.
Ancaq Vaşinqton tam və davamlı atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək.
Kelloq vurğulayıb ki, ABŞ Rusiya və Ukraynadan 30 gün müddətinə hərtərəfli atəşkəsin yaradılmasına imkan verəcək şərtlərin dəqiq siyahılarını almaq niyyətindədir.
O həmçinin qeyd edib ki, Donald Tramp hələ də dialoqu gərginliyin azaldılması üçün əsas vasitə kimi görür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net