Yapniya sahillərində zəlzələ olub
Əziz Əzizli
Yaponiya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Operativ Media bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri 125 minə yaxın insanın yaşadığı Okinavadan 84 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.
Mərkəz həmçinin Sakit okean-Antarktika silsiləsi regionunda 6,4 maqnitudalı zəlzələ olduğunu bildirib. Ən yaxın böyük yaşayış məntəqəsi 10 km dərinlikdə yerləşən zəlzələ mənbəyindən təxminən 3,4 min km qərbdə yerləşib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net