Myanmada zəlzələdə ölənlərin sayı 2700-ü ötüb
Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfərə çatıb.
Operativ Media CNN informasiya agentliyinə istinadən xəbər verir ki, bu haqda Myanmanın hərbi lideri general Min Aunq Hlainq ölkədə baş verən zəlzələlərlə bağlı açıqlamasında bildirib.
Min Aung Hlaing indiyədək zəlzələlərdə 2719 nəfərin öldüyünü və bu rəqəmin 3000-i keçəcəyini gözlədiklərini qeyd edib.
Zəlzələdə yaralananların sayının 4521-ə yüksəldiyini bildirən Min Aunq Hlainq 441 nəfərin hələ də itkin düşdüyünü deyib.
Qeyd edək ki, Myanmada zəlzələ ilə əlaqədar bir həftəlik matəm elan edilib .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net