Menyu

Danimarkanın Baş naziri Qrenlandiyaya səfər edəcək

Əsəd Abbaslı
Danimarkanın Baş naziri Qrenlandiyaya səfər edəcək

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidentinin adanı ələ keçirmək təhdidləri fonunda Qrenlandiyaya səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazirin ofisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, baş nazirin səfəri aprelin 2-dən 4-dək davam edəcək.

Frederiksen krallıq və ada arasında gələcək yaxın və etibarlı əməkdaşlığı səbirsizliklə gözlədiyini bildirib.

Siyasətçi vurğulayıb ki, onun üçün Qrenlandiyaya mümkün qədər tez səfər etmək və adanın yeni hökumət başçısı Yens-Frederik Nilsenlə görüşmək çox vacibdir.

Baş nazir deyib: "Mən yerli xalqın və siyasətçilərin Qrenlandiyaya qarşı böyük təzyiqlərlə mətanətlə sinə gərmələrinə dərin hörmət bəsləyirəm".

O əlavə edib ki, baş verənlər siyasi qüvvələrin birliyini və bərabər əsasda əməkdaşlığını tələb edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər