Tokayev və Ərdoğan arasında telefon danışığı olub
Qazaxıstan və Türkiyə prezidentləri Ramazan bayramı münasibətilə bir-birilərini təbrik edib, iki qardaş ölkənin xalqına sülh və firavanlıq arzulayıblar.
Operativ Media xəbər verir ki, həmsöhbətlər Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə qəti sadiq olduqlarını təsdiq ediblər.
Telefon danışığı zamanı ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə kömək edən ən yüksək səviyyədə fəal siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, dövlət başçıları çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində keçiriləcək görüşlərin cədvəlini müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net