Menyu

Aİ Rusiyaya qarşı sanksiyaları hansı şərtlə ləğv edəcəyini açıqlayıb

Əsəd Abbaslı
Aİ Rusiyaya qarşı sanksiyaları hansı şərtlə ləğv edəcəyini açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper Rusiyanın Ukrayna ilə müharibəyə son qoyması və bütün hərbi qüvvələrini Ukraynanın ərazisindən qeyd-şərtsiz çıxarması şərti ilə sanksiyaların yumşaldılacağı və ya ləğv ediləcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Hipper Rusiyanın müharibəni dayandırmaq üçün siyasi iradə göstərməsi gərəkdiyini vurğulayıb.

O əlavə edib ki, hər hansı bir sülh razılaşması Ukrayna üçün ədalətli və davamlı olmalıdır.

Hipperin sözlərinə görə, Aİ Rusiyaya qarşı təzyiqi daha da gücləndirmək niyyətindədir və bu məqsədlə artıq 16 sanksiya paketi hazırlanıb, yeni paket üzərində də işlər davam edir.

Aİ, həmçinin Ukraynaya hərbi sursat dəstəyini artırmaqla da müharibəyə qarşı mübarizəni dəstəkləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər