Menyu

Ermənistanın Aİ-yə üzvlük prosesi parlamentin gündəliyinə daxil edilib

Ermənistanın Aİ-yə üzvlük prosesi parlamentin gündəliyinə daxil edilib

Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.

"Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək", - Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər