İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb
Əsəd Abbaslı
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
Operativ Media xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb.
Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Xatırladaq ki, ötən gün Lampeduza adasına 5 qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net