Zelenski: Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı buraxıb
Əsəd Abbaslı
Rusiya bir həftə ərzində Ukraynaya minlərlə PUA və KAB göndərib. Bu onu göstərir ki, onlar müharibənin bitməsinə hazır deyillər.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu həftə şəhərlərimiz yüz dəfələrlə atəşə tutulub: Çerniqov, Xerson, Donetsk, Xarkov, Dnepr, Odessa, Poltava, Kiyev, Nikolaev, Zaporojye və Sum vilayətləri. Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı, 1360-a yaxın idarə olunan hava bombası və 10-dan çox müxtəlif tipli raketlər buraxıb. Müharibənin tez bitməsini istəyənlər belə etmir. Ona görə də Rusiyaya birgə təzyiq etməliyik ki, təcavüzə son qoymağa məcbur olsun”, - Zelenski bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net