Menyu

BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı mövqeyini açıqlayıb

Əsəd Abbaslı
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı mövqeyini açıqlayıb

BMT Ukraynada 30 günlük atəşkəs rejimini dəstəkləyib.

Operativ Media xəbər verir ki, bu haqda BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, biz Ukraynada atəşkəs əldə olunmasını sadəcə alqışlayarıq. Bu qədər insan həyatını itirdi. Atəşkəs həqiqətən müsbət haldır və ümid edirik ki, bu baş verəcək. Bu, ədalətli sülhə yol açacaq. Siz bilirsiniz ki, biz ədalətli sülh üçün hansı parametrləri vacib hesab edirik: BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlardan sonra tərəflərin birgə bəyanatında Ukraynanın ABŞ-nin 30 günlük atəşkəs təklifinə hazır olduğunu və bu müddətin tərəflərin razılığı ilə uzadıla biləcəyini bildirilib. Vaşinqton isə hazırda Moskvadan cavab gözləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər