"Milan" Reynders ilə müqaviləni uzadıb
Əziz Əzizli
"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders klubu ilə müqaviləsini uzadıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
26 yaşlı niderlandlı 2023-cü ildən "Milan"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 40 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Reynders 8 qolla hazırkı A Seriyasında komandanın bombardiridir.
"Transfermarkt" portalı futbolçunun hazırkı dəyərini 50 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net