Vitor Roke 25 milyon avroya "Barselona"dan "Palmeyras"a keçəcək
Əziz Əzizli
"Barselona"nın hücumçusu Vitor Roke "Palmeyras"la 5 illik müqavilə imzalamağa hazırlaşır.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, klublar 25,5 milyon avroya transfer barədə razılığa gəliblər. Kataloniyalılar həmçinin 5 milyon avro bonus ala bilər və oyunçunun sonrakı satışından müəyyən faizə sahib olacaqlar.
20 yaşlı braziliyalı 2024-cü ilin yanvarında "Barselona"ya keçib. 2024/25 mövsümündə o, "Betis"də icarə əsasında çıxış edib. Bütün turnirlərdə 33 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net