Menyu

Tramp: "Ukrayna ilə mədən sazişi gələcək münasibətlərin əsasını təşkil edəcək"

Əziz Əzizli
Tramp: "Ukrayna ilə mədən sazişi gələcək münasibətlərin əsasını təşkil edəcək"

Tramp Ağ Evdə qonaq olduğu Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə mətbuat konfransı keçirib.

"Operativ Media" xəbər verir ki, baş nazir Starmerlə görüşündə Ukraynada müharibənin sona çatması üçün göstərilən səylər barədə məlumat verdiyini bildirən Tramp, ABŞ-ın Ukraynaya, o cümlədən hərbi texnikaya digər ölkələrdən daha çox pul xərclədiyini təkrarlayıb.

Tramp Ukrayna ilə bağlayacaqları nadir torpaq elementləri müqaviləsinin gələcəkdə ABŞ və Ukrayna arasında daha davamlı əlaqələrin əsasını təşkil edəcəyini deyib.

ABŞ-nin bu müqavilə ilə indiyə qədər xərclədiyi pulun qarşılığını alacağını qeyd edən Tramp, "Bu, ukraynalılara viran olmuş ölkələrini bərpa etməyə və uzunmüddətli rifahı təşviq etməyə kömək edəcək" deyə bildirib.

Bu gün Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcəyini və bu məsələ ilə bağlı müqavilə imzalayacaqlarını bildirən Tramp, Zelenskini “diktator” adlandırması ilə bağlı suala “Zelenskiyə böyük hörmətim var" deyə cavab verib.

Tramp suala cavab olaraq NATO Müqaviləsinin 5-ci maddəsini dəstəklədiyini və bu maddədən istifadə etmələrinə ehtiyac olmadığını düşündüyünü bildirib.

Teqlər:

"Tramp: \"Ukrayna il\u0259 m\u0259d\u0259n sazi\u015fi g\u0259l\u0259c\u0259k m\u00fcnasib\u0259tl\u0259rin \u0259sas\u0131n\u0131 t\u0259\u015fkil ed\u0259c\u0259k\""

Əlaqəli Xəbərlər