Menyu

Azərbaycan və BMT arasında mədəniyyətlərarası dialoq üzrə əməkdaşlıq müzakirə edilib

Əziz Əzizli
Azərbaycan və BMT arasında mədəniyyətlərarası dialoq üzrə əməkdaşlıq müzakirə edilib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi, baş katibin müavini Migel Anxel Moratinosla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Tofiq Musayevi Azərbaycanın BMT yanında yeni Daimi Nümayəndəsi kimi səfərdə qəbul etməkdən çox məmnunam. Biz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslər üzrə davam edən əməkdaşlığımızı müzakirə etdik", - BMT nümayəndəsi qeyd edib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 BMT aras\u0131nda m\u0259d\u0259niyy\u0259tl\u0259raras\u0131 dialoq \u00fczr\u0259 \u0259m\u0259kda\u015fl\u0131q m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər