Menyu

“Mançester Yunayted” skaut heyətini ixtisar edəcək və bütün dünya üzrə ofislərini bağlayacaq

Əziz Əzizli
“Mançester Yunayted” skaut heyətini ixtisar edəcək və bütün dünya üzrə ofislərini bağlayacaq

"Mançester Yunayted"in rəhbərləri skaut heyəti arasında böyük ixtisarlar planlaşdırır.

"Operativ Media" bu haqda "The Telegraph"a istinadən xəbər verir. Məlumatda, bunun, klubda növbəti ixtisarların bir hissəsi olduğu bildirilib.

Mənbə bildirib ki, klubun rəhbərləri London filialı və Honq-Konq kimi xaricdəki ofisləri də daxil olmaqla, dünya üzrə ofislərini bağlamağı da nəzərdən keçirirlər.

Daha əvvəl “Mançester Yunayted”in büdcənin azaldılması çərçivəsində işçilərin üçün pulsuz nahar yeməyini ləğv etdiyi yazılmışdı. Bundan əlavə, klub rəsmi saytında çoxlu sayda işçinin qarşıdan gələn ixtisarı və klubun qarşıdan gələn transformasiyası barədə məlumat yayıb.

26 oyundan sonra "Mançester Yunayted" 30 xalla Premyer Liqanın turnir cədvəlində 15-ci sırada yer alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər