Ana səhifə / İdman / Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi bəlli oldu Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi bəlli oldu 24.02.2025, 12:02 Əziz Əzizli Azərbaycanın A milli komandası Latviya yığması ilə qarşılaşacaq. "Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək. Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor