Menyu

"Turan Tovuz" klubu "Şamaxı" ilə oyunun təxirə salınmasını istəyir

Əziz Əzizli
"Turan Tovuz" klubu "Şamaxı" ilə oyunun təxirə salınmasını istəyir

"Turan Tovuz" klubu "Şamaxı" ilə matçda canlı yayımın və VAR-ın olmayacağını əsas gətirərək oyunun başqa bir tarixə təxirə salınmasını istəyir.

"Operativ Media" xəbər verir ki, klub bu haqda sosial media hedabında paylaşım edib.

"Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və “VAR” ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər