Menyu

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi olub

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Operativ Media  xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.

Batut gimnastikası üzrə Azərbaycanı qadınlarda Selcan Mahsudova, Şəfiqə Hümbətova, kişilərdə isə Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar), Mehdi Əliyev (fərdi çıxış), Əli Niftəliyev təmsil edirlər. Qeyd edək ki, turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcəklər.

Tamblinq üzrə isə Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov medallar uğrunda mübarizə aparırlar.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər