İki gimnast Dünya Kubokunun finalına vəsiqə qazanıb
Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
Operativ Media xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.
Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.
Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net