Azərbaycan millisi Özbəkistana məğlub oldu
Əziz Əzizli
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.
"Operativ Media" xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşıb. Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.
Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin 3-cülük matçı özbəklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi turniri 4-cü yerdə başa vurub.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net