Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq
Əziz Əzizli
Fevralın 24-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
"Operativ Media" xəbər verir ki, məşqçilər korpusu yarışda Nicat Hüseynov, Yadigar Əliyev (hər ikisi 51 kq), Amin Məmmədzadə (54 kq), Zəlimxan Süleymanov (57 kq), Maqsud Xasmetov (60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, Zaur Qəhrəmanov (hər ikisi 67 kq), Sərxan Əliyev, Nicat Həsənov (hər ikisi 71 kq), Rasim Çobanlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Turnirdə ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Qeyd edək ki, yarışın püşkü fevralın 23-də atılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net