Menyu

Azərbaycanın və Tailandın parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın və Tailandın parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Krallığının Nümayəndələr Palatasının sədr müavini Paradorn Prissananantakul ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, görüşdə APA-nın plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğu, bu təşkilatın bir çox mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu diqqətə çatdırılıb.

Həmçinin bu cür tədbirlərin təşkilata üzv ölkələr arasında dialoqun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da vacib rolu qeyd edilib.

Əlaqəli Xəbərlər