Menyu

Pep Qvardiola Çempionlar Liqasının favoritlərinin adlarını açıqlayıb

Əziz Əzizli
Pep Qvardiola Çempionlar Liqasının favoritlərinin adlarını açıqlayıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Real"a məğlubiyyətdən (3:1) sonra fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, o, Çempionlar Liqasının favoritlərinin adlarıını açıqlayıb.

" Bellinqem meydançanın hər sahəsində qeyri-adidir. "Real Madrid" həmişə bu kuboku qazanmaq üçün favoritdir. Başqa iddiaçılar da var: “Liverpul” çox yaxşı il keçirir, dostum Luis Enrikenin başçılıq etdiyi PSJ getdikcə güclənir. Amma göz qabağındadır ki, favorit Madriddədir”.

Qeyd edək ki, "Real Madrid" 1/8 finala yüksəlib və burada ya "Atletiko",  ya da "Bayer" ilə qarşılaşacaq. Püşkatma 21 fevral cümə günü keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər