Kvaratsxeliya: "PSJ-nin məqsədi Çempionlar Liqasını qazanmaqdır"
Əziz Əzizli
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Brest” üzərində qələbəni (7:0) şərh edib.
"Operativ Media" xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Qələbə qazana biləcəyimizi göstərdik. Hər oyuna qələbə üçün çıxırıq və oynayırıq. Eyni ruhda davam etməliyik, “Brest”ə yeddi qol vurmaq asan deyil. Hər şeyin mümkün olduğunu nümayiş etdiririk. Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Hər oyunda meydana qələbə üçün çıxırıq. Biz bu turnirdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Brest"i 7-0 hesabı ilə məğlub edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net