Menyu

Deputat: "300 minə yaxın azərbaycanlı Ermənistandan güc tətbiqi ilə qovulub"

Redaksiya
Deputat: "300 minə yaxın azərbaycanlı Ermənistandan güc tətbiqi ilə qovulub"

1980-ci illərin sonlarından etibarən 1990-cı ilin əvvələrinə qədər etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından çıxarılan təxminən 300,000 azərbaycanlı hələ də didərgin düşmüş vəziyyətdədir.

Operativ Media xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında çıxışı zamanı deyib. 

"Qərbi Azərbaycan İcmasının təhlükəsiz və ləyaqətli qayıdış üçün dialoq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların bu fundamental hüququnu inkar edir. Qeyd etmək istərdim ki, bu hüquq beynəlxalq insan hüquqları sənədlərində təsbit olunub və regionda sülh, sabitlik və ədalət naminə təmin edilməlidir.

Biz Asiya regionunda beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli və davamlı həll yolunun tapılmasına dəstəyimizi davam etdirəcəyik" -deyə Rizvan Nəbiyev qeyd edib.

Teqlər:

"Deputat: \"300 min\u0259 yax\u0131n az\u0259rbaycanl\u0131 Erm\u0259nistandan g\u00fcc t\u0259tbiqi il\u0259 qovulub\""

Əlaqəli Xəbərlər