AFFA "Qarabağ"ı 3300, "Neftçi"ni 1800 manat cərimələdi
Əziz Əzizli
AFFA İntizam Komitəsi Misli Premyer Liqasında 23-cü turun “Neftçi” – “Qarabağ” oyununda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.
"Operativ Media" xəbər verir ki, azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” 800 manat cərimələnib.
Bundan başqa, hər iki klubun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsüm hər iki klubda 3-cü dəfə yaşandığından, həm “Neftçi”, həm də “Qarabağ” 1000 manat cəriməyə məruz qalıb.
Eyni zamanda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” daha 700 manat cərimə ödəməli olacaq.
Matçın 22-ci dəqiqəsində qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Kevin Medina 2 oyunluq cəzalanıb, “Qarabağ”ı isə 1500 manat ziyana salıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net