Menyu

Mərakeş, İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına hazırlıq üçün birgə komissiyalar yaradacaq

Əziz Əzizli
Mərakeş, İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına hazırlıq üçün birgə komissiyalar yaradacaq

Mərakeş, İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiyalar yaradacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda Mərakeş Kral Futbol Federasiyası (FRMF) məlumat yayıb.

Qeyd olunur ki, razılaşma Saledə FRMF prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.

2030-cu ildə tarixdə ilk dünya çempionatının 100 ili tamam olacaq. Turnir Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Daha üç oyun Cənubi Amerikada - Uruqvay, Paraqvay və Argentinada baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər