Menyu

Tramp Putin ilə fevral ayının sonlarında görüşə bilər

Əziz Əzizli
Tramp Putin ilə fevral ayının sonlarında görüşə bilər

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir.

"Operativ Media" xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.

Teqlər:

"Tramp Putin il\u0259 fevral ay\u0131n\u0131n sonlar\u0131nda g\u00f6r\u00fc\u015f\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər