"Zirə" "Şəmkir"ə çatdı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.
"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə klubu ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb. “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net