Menyu

Türkiyəli futbolçu İran klubunda çıxış edə bilər

Əziz Əzizli
Türkiyəli futbolçu İran klubunda çıxış edə bilər

Türkiyəli futbolçu Okay Yokuşlu İran klubuna keçə bilər.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İrana yollanmaq şansına sahibdir.

Belə ki, bu ölkənin iddialı klublarından olan “Persepolis” Yokuşlunu heyətinə qatmağı planlaşdırır. İran klubunun baş məşqçisi İsmayıl Kartal təcrübəli futbolçunu sərəncamında görmək istədiyini özünə bildirib.

Amma hələ ki tərəflər arasında razılıq əldə edilməyib. Okay “Altay”, “Kayserispor”, “Selta”(Viqo), “Vest Bromviç”, “Xetafe” klublarında oynayıb. Onun “Trabzonspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər