Menyu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Əziz Əzizli
Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib. “Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.

Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər