Menyu

Azərbaycan Bakı Böyük Dəbilqəsini ikinci yerdə başa vurdu

Əziz Əzizli
Azərbaycan Bakı Böyük Dəbilqəsini ikinci yerdə başa vurdu

Fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

"Operativ Media" xəbər verir ki, bu nəticə ilə komandamız medal əyarına görə Yaponiya və Almaniyadan sonra ümumi sıralamada ikinci, kişilər arasında isə Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb. 

Yarışın ilk günündə Azərbaycan cüdoçuları iki bürünc medal əldə edib. -60 kq çəki dərəcəsində Əhməd Yusifov, -66 kq çəkidə isə Elşən Əsədov üçüncü yeri tutub.

İkinci yarış günü Azərbaycan yığması üçün daha məhsuldar olub. -81 kq çəkidə Zelim Tçkayev bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. -73 kq çəkidə Rəşid Məmmədəliyev gümüş medal, eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal əldə edib.

Sonuncu yarış günündə -100 kq çəkidə Əjdər Bağırov və +100 kq çəkidə Kənan Nəsibov 5-ci yeri, Uşanqi Kokauri isə 7-ci yeri tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər