Menyu

"Qalatasaray"ın yeni transferi zədələndi

Əziz Əzizli
"Qalatasaray"ın yeni transferi zədələndi

Türkiyə Super Liqası komandası "Qalatasaray"ın yeni transferi Alvaro Morata "Alkmaar"la oyunda zədələnib.

"Operativ Media" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılı" klubun həkiminin futbolçunun MRT nəticələrinə baxdıqdan sonra daha dəqiq məlumat verə biləcəyi bildirilib.

İspaniyalı ulduz futbolçunun böyük ehtimalla "Rizespor" oyununda meydana buraxılmayacağı gözlənilir.

Baş məşqçi Okan Buruk "Alkmaar" ilə cavab oyununu və "Fənərbağça" derbisini nəzərə alaraq hücumçunu riskə atmaq istəmir.

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyununda səfərdə "Alkmaar"a 1-4 hesabı ilə məğlub olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər