"Kəpəz" sponsorluq müqaviləsi imzalayacaq
Əziz Əzizli
"Kəpəz"in sponsor danışıqları müsbət yekunlaşıb.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi açıqlamada bunları qeyd edib: "Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək."Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!"
Xatırladaq ki, "Kəpəz" Misli Premyer Liqasında 18 xalla 9-cu pillədədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net