Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Əziz Əzizli
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
"Operativ Media" xəbər verir ki, U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.
Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net