Menyu

"Kayrat" və "Çelsi" Satpayevin transferi ilə bağlı razılığa gəliblər

Əziz Əzizli
"Kayrat" və "Çelsi" Satpayevin transferi ilə bağlı razılığa gəliblər

"Kayrat"ın hücumçusu Dastan Satpayev karyerasını "Çelsi"də davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda Almatı klubunun mətbuat xidməti məlumat yayıb.

“Dastan Almatıda anadan olub. Səkkiz yaşında “Kayrat” Akademiyasına daxil olub. Burada hazırlığın bütün mərhələlərini keçib. İlk günlərdən zəhmətkeşliyi, nizam-intizamı, kamilliyə can atması ilə seçilib. Dastanı karyerasındakı bu mühüm addım münasibətilə təbrik edirik. Biz onun nailiyyətləri ilə qürur duyuruq və əminik ki, onu yeni zirvələr gözləyir” - deyə klubun açıqlamasında bildirilir.

Qeyd olunur ki, hücumçu 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra rəsmi olaraq İngiltərə komandasına qoşulacaq . Həmin vaxta qədər futbolçu “Kayrat”da çıxış etməyə davam edəcək. Bu transfer üçün Qazaxıstan klubu bonuslar da daxil olmaqla 4,3 milyon avro alacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər