"Barselona"nın müdafiəçisi zədələndi
Əziz Əzizli
"Barselona"nın müdafiəçisi Ronald Arauxo zədələnib.
"Operativ Media" xəbər verir ki, uruqvaylı futbolçu İspaniya çempionatının 23-cü turunun “Sevilya” ilə oyunun 22-ci dəqiqəsində əvəzlənib. Saul Niqeslə mübarizədə yıxıldıqdan sonra o, matçı davam etdirə bilməyib.
Ronald Arauxo cari İspaniya çempionatında üçüncü oyununu keçirirdi. O, bu mövsüm bütün yarışlarda 8 matçda iştirak edib.
"Barselona" "Sevilya"nı 4:1 hesabı ilə məğlub edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net