Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişdi
Əziz Əzizli
Türkiyə 1-ci Liqasında pley-off xəttində olan "Çorum" FK transfer dövrünün bitməsinə sayılı günlər qalmış daha bir futbolçunu heyətinə qatıb.
"Operativ Media" xəbər verir ki, 1-ci Liqa təmsilçisi “Bandırmaspor”un 30 yaşlı yarımmüdafiəçisi Coşqun Diniyevlə 1,5 illik müqavilə imzalayıb.
Ötən mövsümün əvvəlində “Ümraniyespor”un Türkiyəyə gətirdiyi Diniyev mövsümü 33 rəsmi matçda 3 qol, 2 məhsuldar ötürmə ilə başa vurub. Bu mövsümün əvvəlində “Bandırmaspor”a transfer olunan Diniyev Balıkəsir təmsilçisi ilə 20 liqa matçında forma geyinib və 1249 dəqiqə meydanda olub. Bu matçlarda azərbaycanlı futbolçu 2 sarı, 1 qırmızı vərəqə (2 sarıya görə) alıb və 2 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net