Azərbaycan parataekvondoçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Əziz Əzizli
Azərbaycan parataekvondoçuları fevralın 8-də keçiriləcək Türkiyə açıq beynəlxalq turnirində mübarizə aparacaqlar.
"Operativ Media" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar.
Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma