Menyu

Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir

Nərmin Qocamanlı
Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda  Şimali Kiprin müvafiq qurumları yer alıb.

Şəbəkəyə üzv dövlətlərin hakimlərinin, ədliyyə və prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq miqyaslı tədbirdə aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli dövlətlərin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.

Teqlər:

"Bak\u0131da h\u00fcquq m\u00fcnasib\u0259tl\u0259rind\u0259 transmilli aspektl\u0259rl\u0259 ba\u011fl\u0131 beyn\u0259lxalq konfrans ke\u00e7irilir"

Fotogalereya

Əlaqəli Xəbərlər