Xarici İşlər Nazirliyinin heyəti Heydər Əliyevin məzarını ziyarət ediblər
Nərmin Qocamanlı
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.